İdman
Ukraynalı baş məşqçi Ermənistan millisindən QOVULDU
Ukraynalı mütəxəssis Aleksandr Petrakov Millətlər Liqası matçında Şimali Makedoniya yığmasına məğlubiyyətdən sonra Ermənistan millisinin baş məşqçisi postundan qovulub.
Publika.az xəbər verir ki, bu barədə məlumat Ermənistan Futbol Federasiyasının (FFA) rəsmi saytında dərc olunub.
Oktyabrın 13-də Ermənistan millisi turnirin qrup mərhələsinin dördüncü turunda evdə Şimali Makedoniyaya məğlub olub. Görüş 0:2 hesabı ilə başa çatıb. Buna qədər erməni futbolçular Millətlər Liqasında Latviyaya 4:1 hesabı ilə qalib gəlib, Farer adaları ilə bərabərə qalıb - 2:2, Şimali Makedoniyaya da uduzub - 0:2.
Petrakov 2023-cü ilin qışından Ermənistan milli komandasına rəhbərlik edir. Bundan əvvəl o, 2021-2022-ci illərdə Ukrayna millisini çalışdırıb . Onun məşqçilik karyerası 1993-cü ildə başlayıb - həmin andan Ermənistan millisinə təyin olunana qədər o, yalnız Ukrayna komandaları ilə - həm klublarda, həm də müxtəlif yaşlarda olan milli komandalarda çalışıb.
Hüseyn İbadlı
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi