"Barselona"nın əfsanəsi "Real"ın azarkeşi olub?
Bizi izləyin

İdman

"Barselona"nın əfsanəsi "Real"ın azarkeşi olub?

"Barselona"nın keçmiş yarımmüdafiəçisi Andres İnyesta uşaqlıqda "Real Madrid" azarkeşi olması ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Publika.az xəbər verir ki, AS nəşrinə müsahibəsində o, bu iddiaları təkzib edib:

“Tamamilə yalandır. Haqqımda həqiqətə uyğun olmayan bəzi şeylər dedilər. Məsələn, "Real" ilə ilkin müqavilə bağladığımla bağlı. Qoy özlərini alçaltsınlar”.

Qeyd edək ki, İnyesta 1996-2018-ci illərdə "Barselona" sistemində yer alıb. Aşağı yaş qruplarından əsas komandaya qədər çıxış edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm