Millimiz Slovakiyaya da uduzdu - VİDEO/YENİLƏNDİ
Bizi izləyin

İdman

Millimiz Slovakiyaya da uduzdu - VİDEO/YENİLƏNDİ

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti dəfə məğlub olub.

Publika.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv Bakıda Slovakiya seçməsinə uduzub.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

***

Matçda dördüncü qol vurulub.

Qonaqlar növbəti dəfə fərqləniblər - 3:1. 87-ci dəqiqədə David Duriş adını tabloya yazdırıb.

***

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında üçüncü qol vurulub.

Qonaqlar növbəti dəfə hesabda önə keçiblər - 2:1. 75-ci dəqiqədə Lukaş Haraslin fərqlənib.

***

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında növbəti qol vurulub.

Millimiz 38-ci dəqiqədə hesabı bərabərləşdirib. Toral Bayramov adını tabloya yazdırıb.

***

Matçda ilk qol vurulub.

15-ci dəqiqədə qonaqlar hesabı açıblar. Rahil Məmmədov avtoqol müəllifi olub.

***

Azərbaycan - Slovakiya qarşılaşması start götürdü.

Publika.az canlı yayımı təqdim edir:

***

Bu gün UEFA Millətlər Liqasında üz-üzə gələcək Azərbaycan və Slovakiya yığmalarının start heyətləri açıqlanıb.

Publika.az xəbər verir ki, milli komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

Azərbaycan: Mehdi Cənnətov, Qismət Alıyev, Rahil Məmmədov, Bədavi Hüseynov, Anton Krivotsyuk, Aleksey İsayev, Ceyhun Nuriyev, Elvin Cəfərquliyev, Toral Bayramov, Mahir Emreli, Ramil Şeydayev

Slovakiya: Marek Rodak, David Hançko, Lubomir Satka, Milan Şkrinyar, Peter Pekarik, Ondrey Duda, Stanislav Lobotka, Laslo Beneş, Tomas Suslov, David Strelets, Lukas Qaratslin.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 20:00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm