Futbolçular oynamaqdan imtina etdilər: Rəhbərliyin bu əməlinə görə
Bizi izləyin

İdman

Futbolçular oynamaqdan imtina etdilər: Rəhbərliyin bu əməlinə görə

Oktyabrın 14-də Ukrayna çempionatının I Liqasının 12-ci turu çərçivəsində keçirilməli olan YuKSA – “Mariupol” matçı baş tutmayıb.

Publika.az xəbər verir ki, görüş qonaq komandanın futbolçularının boykotu səbəbindən keçirilməyib. Komanda üzvləri maaşlarını ala bilmədiklərinə görə oynamaqdan imtina ediblər.

3 aydır onların məvacibləri ödənilmir. Bu oyundan əvvəl futbolçulara olan borcun hissə-hissə ödəniləcəyi ilə bağlı şərt kəsilib. Lakin klub rəhbərliyi vədinə əməl etməyib.

Qeyd edək ki, birinci Liqada 9 turdan sonra “Mariupol” 12 xal toplayıb. Klubun yaxın vaxtlarda satılma ehtimalı olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm