"Siti"də Qvardiola müəmması: Nə gedəndir, nə də qalan
Bizi izləyin

İdman

"Siti"də Qvardiola müəmması: Nə gedəndir, nə də qalan

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klubu ilə müqaviləsini daha bir mövsüm uzada bilər.

Publika.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Mənbənin sözlərinə görə, hazırda ən çox ehtimal olunan ssenari ispan mütəxəssisin “şəhərlilər”lə müqavilənin daha bir mövsüm uzadılmasıdır.

Klub məşqçinin daha uzun müddətə müqavilə imzalamasını istəyir. Lakin Pep eyni fikirdə deyil.

İngiltərə Futbol Assosiasiyası Qvardiolanın milli komandaya baş məşqçi təyin olunmasına ümid edir. Bununla bağlı addım atmağı planlaşdırırlar.

Qeyd edək ki, 53 yaşlı məşqçi 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edir. Qvardiolanın "Siti" ilə hazırkı müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədərdir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm