İdman
Mahir Emreli üzr istədi: Mənə elə gəlirdi ki...
“Xalqımızdan, komandadan, məşqçilərdən və rəhbərlikdən üzr istəyirəm. Futbolda belə şeylər olur. Bilmirəm, belə vəziyyətlərdə üzr istəmək nə dərəcədə doğrudur. Sadəcə hər kəs bilsin ki, səhvlərimizi başa düşürük. Daha yaxşı olmaq, səhflərimizi aradan qaldırmaq üçün çalışırıq”.
Bu sözləri Publika.az-a açıqlamasında futbol üzrə milli komandamızın üzvü Mahir Emreli Millətlər Liqasının Slovakiya ilə 4-cü tur matçını (1:3) şərh edərkən deyib.
27 yaşlı forvard məğlubiyyətə əsas səbəb kimi 70-ci dəqiqədə aldığı qırmızı vərəqəni göstərib:
“Qırmızı vərəqəyə qədər hər şey yaxşı idi. “Qırmızı” oyunun qırılma anı oldu. Ardıcıl 3 oyunda qələbə olmayanda istər-istəməz emosional olursan. Xüsusilə bir gün əvvəl azarkeşlərin komanda üzvləri ilə söhbət etməsi bizə təsir etmişdi. Belə olanda emosiyalara qapılırsan və daha yaxşı nəticə üçün çalışırsan. Amma sonda belə olur.
Məğlubiyyətlər insana pis təsir edir. Düşünürəm ki, həm Estoniya, həm də Slovakiya ilə qarşılaşmalarda üstün tərəf biz idik. Belə məqamlar bizə toxunur. Ələlxüsus səbəbkar sən olan zaman. Komandanı pis vəziyyətdə qoydum”.
Emreli hakimin oyunu ədalətli idarə etmədiyini və Slovakiya yığmasına üstlünlük verdiyini düşünür:
“Fikrimcə, ilk “sarı”da foul eləməmişdim, amma hakim məni cəzalandırdı. Mənə elə gəlirdi ki, o, slovakiyalılara üstünlük verir. Heç nəyi bəhanə etmək istəmirəm. Düşünürəm ki, məğlubiyyətin əsas səbəbi qırmızı vərəqədir. Buna görə başımı aşağı salıb dilxor olmayacam. Qarşıda həm klubumda, həm də millidə oyunlar var. Ümid edirəm ki, həmin matçlarda yaxşı nəticələr olacaq”.
O, qırmızı vərəqə ilə bağlı baş məşqçi Fernandu Santuşla arasında hər hansı söhbətin olmadığını da bildirdi:
“Oyundan sonra baş məşqçi heç nə demədi. Açığı, onu görməmişəm. Uşaq deyilik, hər şeyi, səbəbləri özümüz başa düşürük. Mən də gedib həmin epizod barədə düşünəcəm ki, harada səhv etmişəm”.
Mahir D Liqasına yuvarlanmamaq uğrunda mübarizə aparan millinin noyabrda baş tutacaq son iki oyunu haqda fikirlərini də bölüşüb:
“Son iki oyunda, xüsusilə Estoniya ilə görüşdə əlimizdən gələni edəcəyik. Vəziyyəti düzəltmək də öz əlimizdədir. Estonlarla ilk matçdakı səhvlərimizi analiz edib, daha yaxşı hazırlaşacağıq”.
Heybət
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?