Azərbaycan millisinin oyunu Qəbələdə
Bizi izləyin

İdman

Azərbaycan millisinin oyunu Qəbələdə

Azərbaycan millisi Millətlər Liqasının 5-ci turunun Estoniya ilə matçını Qəbələdə keçirəcək.

Publika.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. Görüş Qəbələ şəhər stadionunda oynanılacaq.

Azərbaycan - Estoniya matçı noyabrın 16-da keçiriləcək. Oyun saat 18:00-da başlayacaq.

Oyunun Bakıya deyil, Qəbələyə təyin edilməsi həmin günlərdə Azərbaycan paytaxtında mötəbər COP-29 tədbirinin keçirilməsi ilə əlaqədardır.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm