Messi şou göstərdi, Argentina Boliviyanı darmadağın etdi - VİDEO
Bizi izləyin

İdman

Messi şou göstərdi, Argentina Boliviyanı darmadağın etdi - VİDEO

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Cənubi Amerika zonasında 10-cu turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, son dünya çempionu Argentina Buenos-Ayresdə Boliviya üzərində 6:0 hesablı qələbə qazanıb. Hücumçu Lionel Messi het-trik edib. O, 2 məhsuldar ötürmə müəllifi də olub. Messidən başqa argentinalıların heyətində Lautaro Martines, Yulian Alvares və Tyaqo Almada hərəyə bir qol vurub.

Braziliya millisi də darmadağına sevinib. "Sambaçılar" Perunu 4:0 hesabı ilə məğlub edib. Rafinyanın dubl etdiyi görüşdə Andreas Pereyra və Luis Enrike hərəyə bir qol vurub.

Digər görüşlərdə Kolumbiya Çilini darmadağın edib - 4:0. Paraqvay Venesueladan üstün olub - 2:1. Uruqvay - Ekvador görüşündə isə qapılara qol vurulmayıb.

10 turdan sonra seçmə turnirə 22 xalla Argentina başçılıq edir. Kolumbiya 19 xalla ikincidir. Uruqvay və Braziliya yığmaları 16 xalla 3-4-cü sıraları bölüşürlər.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm