İdman
Paytaxt derbisini "İnter" qazandı, AZAL 2 pillə irəlilədi
Azərbaycan Premyer Liqasında XIV turun oyunlarına start verilib.
Publika.az-ın məlumatına görə, autsayder "Bakı" öz meydanında "İnter"lə qarşılaşıb. 40-cı dəqiqədə Mikel Alvaronun qolu ilə "bankirlər" önə keçib - 0:1. Maçtda başqa qol qeydə alınmayıb.
Beləliklə, "İnter" 12 oyundan 21 xalla turnir cədvəlində "Neftçi" ilə hələlik ikinci sıranı bölüşür.
"Sumqayıt" səfərdə AZAL-ın qonağıdır. 39-cu dəqiqədə Rəşad Abdullayev "təyyarəçi"ləri hesabda önə çıxardıb. Lakin hissənin son dəqiqəsində Orxan Əliyev tarazlığı bərpa edib - 1:1.
51-ci dəqiqədə qonaqlar hesabda önə keçiblər. Bundan sonra AZAL futbolçuları oyunda dönüş yarada biliblər. Əvvəlcə Viktor İqbekoyi, 10 dəqiqə sonra - 73-cü dəqiqədə isə Novruz Məmmədov fərqləniblər - 3:2.
Bununla da AZAL 12 oyundan 13 xal toplamaqla iki pillə (8-dən 6-ya) irəliləyib.
Turun mərkəzi qarşılaşması isə paytaxda keçiriləcək - "Neftçi" "Qəbələ"ni qəbul edəcək.
Qeyd edək ki, "Xəzər Lənkəran"ın istirahət etdiyi cari tura sabah keçiriləcək "Simurq" - "Qarabağ" oyunu ilə yekun vurulacaq.
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO