Messi yenə şou göstərdi - VİDEO
Bizi izləyin

İdman

Messi yenə şou göstərdi - VİDEO

Oktyabrın 20-nə keçən gecə MLS-in növbəti turunda “İnter Mayami” “New England Revolution”u qəbul edib.

Publika.az xəbər verir ki, Fort Lauderdeyldəki “Chase Field” stadionunda keçirilən oyun 6:2 hesabı ilə “İnter Mayami”nin xeyrinə başa çatıb.

Lionel Messi bu matçda het-trik edib, Luis Suares isə dubla imza atıb.

MLS . 19-20 oktyabr

“İnter Mayami” – “New England Revolution” – 6:2

Qollar: Suares 40, 43, Kremaşki 58, Messi 78, 81, 89 – Lanqoni 2, Borreo 34.

Qeyd edək ki, Messi ardıcıl 2 oyundur ki, het-trik edir. Bundan əvvəl o, DÇ-2026ın seçmə mərhələsində Paraqvayla oyunda het-trik etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm