“Mançester Yunayted” ona bu qədər maaş verəcək
Bizi izləyin

İdman

“Mançester Yunayted” ona bu qədər maaş verəcək

“Sportinq”in baş məşqçisi Ruben Amorimin “Mançester Yunayted”ə keçidi tamamlanmaq üzrədir.

Publika.az xəbər verir ki, 39 yaşlı portuqaliyalı mütəxəssis İngiltərə klubu 2+1 illik üzrə müqavilə imzalayacaq. O, yeni iş yerində təxminən 8 milyon avro qazanacaq. Bu barədə “CaughtOffside” məlumat yayıb.

Amorim 2020-ci ildən “Sportinq”ə rəhbərlik edir. Onun dövründə Lissabon komandası iki dəfə Portuqaliya çempionu olub, iki dəfə Portuqaliya Liqa Kubokunu və bir dəfə ölkə Superkubokunu qazanıb.

Oktyabrın 28-də “Mançester Yunayted” Erik ten Haqın komandanın baş məşqçisi vəzifəsindən uzaqlaşdırıldığını elan edib. “Mankunian”lar 9 oyundan sonra 11 xalla Premyer Liqanın turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm