İdman
Bekhemin 50 yaşlı xanımı gözəlliyinin sirrini açdı: Onun pəhrizi heyrətləndirir - FOTOLAR
"İnter Mayami"nin sahibi Devid Bekhemin həyat yoldaşı Viktoriya Bekhem 50 yaşında da gözəl görünməsi ilə diqqət çəkir.
Publika.az xəbər verir ki, dünya səviyyəli dizayner sirrini "Daily Mail"ə açıqlayıb.
Viktoriya dəri problemlərinə görə ət yeməkdən imtina edib və ciddi pəhrizə keçib. Gəncliyində dərisindəki sızanaqlardan əziyyət çəkib. Müğənni müəyyən növ buğda unlarını da istehlak etmir.

Adətən evdə yeməkləri Devid bişirir. Viktoriya bunu sonuncu dəfə 2003-cü ildə edib.
“Qızım Harper zarafat edir ki, mən hətta suyu yandıra bilərəm. Ona görə də bunu etməsəm, bəlkə də hamı üçün daha yaxşı olar”, – Viktoriya bildirib.

Bekhem həyat yoldaşının əsasən eyni yeməkləri - qızardılmış balıq və buxarda bişmiş tərəvəz yediyini söyləyib
“Yediyim və ya içdiyim hər şeyə görə çox emosional oluram. Mən son 25 ildə eyni şeyi yeyən bir adamla evliyəm. Onunla tanış olandan ancaq eyni yeməkləri yeyir. O, mənim boşqabımdan yeməyi Harperə hamilə olduğu vaxt yeyib”, - deyə Devid bildirib.



-
ABŞ05:45Amerikalılar süni intellektdən imtina edir
-
Ekologiya02:19Günəşdə güclü PARTLAYIŞ oldu
-
Dünya01:40İki yüksək sürətli qatar relsdən çıxdı - Ölənlər və yarlananlar var
-
Avto01:20Güzəştin ləğvindən sonra maşın bazarında son qiymətlər - VİDEO
-
Qoroskop00:35Günün ulduz falı: Gözlənilməz xərclər ola bilər
-
Magazin118 Yanvar 23:35Arıqlama dərmanı içən Şəbnəm ölümdən döndü - Ürəyi getdi, ağzından köpük gəldi
-
Ekopublika.az18 Yanvar 22:56Bakının bu ərazilərindəki mənzillər rekord qiymətə satılır - Bir kvadratmetri 17 550 manata...
-
Hadisə18 Yanvar 21:45Bakının mərkəzində dönərxana YANDI - VİDEO/YENİLƏNDİ









.jpg)





.jpg)



.jpg)




.jpg)











