İdman
Baş məşqçinin açıqlaması rəhbərliyi qəzəbləndirdi: Qovulacaq?
“Kristal Pelas”ın baş məşqçi Oliver Qlasnerin istefaya göndərilməsi variantını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, “Sky Sports News”un məlumatına görə, klubun idarə heyətinin sədri Stiv Periş şənbə günü 1:2 hesabı ilə “Sanderlend”ə məğlubiyyətdən sonra avstriyalı mütəxəssisin verdiyi açıqlamalardan ciddi şəkildə narahat olub və qəzəblənib. Qlasner həmin açıqlamada klub rəhbərliyini birbaşa tənqid edərək “Biz özümüzü tamamilə tərk edilmiş hiss edirik” deyə bildirib.
Cümə günü isə Qlasner mövsümün sonunda müqaviləsi başa çatdıqdan sonra “Kristal Pelas”dan ayrılacağını təsdiqləyib. İndi isə Periş məşqçiyə müqavilənin sonuna qədər vaxt verib-verməmək və ya onu yaxın zamanda işdən azad etmək qərarını verməlidir.
Mark Qehinin “Mançester Siti”yə satılması məşqçi ilə klub sədri arasında getdikcə pisləşən münasibətlərdə son damla ola bilər. Qlasner şənbə günü “Oyundan bir gün əvvəl kapitanımızı satmaq yolverilməzdir”, – deyə açıqlama verib.
Bununla belə, “Kristal Pelas” rəhbərliyi hesab edir ki, Qehini satmaqdan başqa çıxış yolu yox idi, çünki müdafiəçi mövsümün sonunda azad agent kimi klubu tərk edəcəkdi və bu, 20 milyon funt sterlinq itki riski yaradırdı. Klub həmçinin vurğulayır ki, ötən transfer pəncərəsində Qlasnerin istəyini nəzərə alaraq futbolçunun son gündə “Liverpul”a satışından imtina ediblər.
Stiv Perişin mövqeyinə görə, qəbul etdiyi bütün qərarlar “Kristal Pelas”ın uzunmüddətli sabitliyi və gələcəyi naminədir. Qlasnerin bu planların bir hissəsi olaraq qalacaqmı-qalmayacağı isə yaxın günlərdə bəlli olacaq.
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...











.jpg)




























