İdman
Qurban Qurbanov mükafatlandırıldı - FOTO
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mükafatlandırılıb.
Publika.az xəbər verir ki, “Komanda.az” saytının media nümayəndələri arasında apardığı sorğuya əsasən 2024-cü ilin ən yaxşı baş məşqçisi seçilən təcrübəli mütəxəssisə mükafat təqdim edilib.
O, 47 səs toplayaraq, bütün həmkarlarını qabaqlayıb. 14-cü dəfə ilin ən yaxşı baş məşqçisi seçilən Qurban Qurbanov daha sonra təəssüratlarını bölüşüb:
“Bu mükafata, bizim işimizə verilən dəyərə görə hər kəsə, mediaya təşəkkür edirəm. Bu mükafat işimizə olan məsuliyyətimizi artırır. Bəzən çətinliklər, problemlər, bəzi nüanslar, məğlubiyyətlər və gözlənilməz əngəllər olur. Bəzən bunlar işimizə, nəticələrimizə təsir edir. Elə olanda düşünməyin ki, biz uğurlardan, futboldan doymuşuq, bezmişik və s. Əksinə hər kəs bizə, “Qarabağ”a ciddi yanaşmağa başlayıb. Biz bunu təkcə oyunlarımızda deyil, səfərlərimizdə, matçlardan əvvəlki tədbirlərdə hiss edirik. Artıq hər kəs bizə başqa formada yanaşır. Biz də çalışırıq ki, problemlərin öhdəsindən gələk, üzərimizdə çalışaq, inkişaf edək. Buna görə analizlər edirik, dayanmadan çalışırıq, iş saatlarımızı artırırıq. İnkişaf etmək istəyirik. Xalqımız üçün qələbələr, uğurlar qazanmaq istəyirik.
Bir daha qeyd edirəm ki, bu mükafat məsuliyyətimizi artırır, yeni ildə yeni uğurlar qazanmağa təşviq edir”.
Heybət
-
Ekologiya13:58
Qorxulu xəbərdarlıq: 7,5 bal gücündə zəlzələ olacaq, 4 milyon insan...
-
Sosial13:20
“Məşhur restoranların sahibi pulumu vermir” - VİDEO
-
MDB12:18
Bu gündən qüvvəyə mindi: Rusiyada miqrantların “qara günləri” başladı
-
İdman12:06
Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu - EKSKLÜZİV
-
İdman11:12
Lalə Maldivdən elə FOTOLAR paylaşdı ki...
-
Elm və təhsil10:45
Nazir onlara yüksək vəzifə verdi - FOTO
-
Region10:18
Paşinyandan etiraf: Nə qədər müstəqil, təhlükəsiz olacağımız bundan asılıdır
-
MDB10:12
Ukraynada demoqrafik problem: bu türk dövlətlərinin vətəndaşlarını dəvət edəcəklər