İdman
Qurban Qurbanov "Sevilya"nın istədiyi Juninyodan danışdı: Getmək istəyir?
"Futbolçularımı təbrik edirəm. Gərgin oyun oldu. Son saniyələrdə qələbə qolunu vurduq. Məğlub ola da bilərdik. Rəqib çox ağıllı müdafiə olundu, təhlükəli əks-hücumlara çıxırdı. Hətta qol da vurdular. Çox vacib 3 xal qazandıq. Ayxan Abbasovun komandasına qarşı oynamaq heç vaxt asan olmayıb".
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında 3-cü turdan təxirə salınmış "Şamaxı" - "Qarabağ" oyunundan (0:1) sonra keçirilmiş mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov deyib.
O, Ağdam klubunun futbolçusu Juninyonun durumundan da danışıb. Qurbanov "Sevilya"dan təklif alan braziliyalı forvardın oynamama səbəbini də açıqlayıb:
"Özü dedi ki, neçə gündür transfer söhbətlərinə görə az yatıram, oyuna hazır deyiləm. Ona səmimiliyinə görə təşəkkür etdim.
Komandadan gedən hər oyunçu mənim üçün problem yaradır. Çünki yeni gələnlərin uyğunlaşması vaxt tələb edir. Bu, işimə mane olur. Amma "Sevilya" kimi klubdan rəsmi təklifin gəlməsi xoşdur. Klubla danışıqlar gedir. Burada klubun da marağı olmalıdır. Artıq Avropa bazarına çıxmışıq. “Böyük Beşlik” ölkələrindən təklif gəlməsi irəliyə doğru addımdır. Bundan sonra bizə, çempionatımıza diqqət çox olacaq. Azərbaycan futbolunun Avropa bazarında olması ölkə futbolu üçün böyük addımdır. Biz buna hazır olmalıyıq.
Özünün də istəyi var. Başqa çempionatlardan təklif gələndə Juninyonun özünün çox da marağı olmurdu. İndi deyir ki, təklif gələndən sonra sevincimdən yata bilmirdim. Futbolçu getmək istəyir. Bildirib ki, klub anlaşsa, sevə-sevə gedərəm".
Heybət
-
İqtisadi gündəm02:12Qızılın qiyməti bütün tarixi REKORDLARI QIRDI
-
Magazin201:11"Kuruluş Osman"ın aktrisası yeni serialda - FOTO
-
Sağlamlıq00:30Ac olanda niyə əsəbiləşirik? - Alimlər yeni səbəbi AÇIQLDI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kainat sizə deyir ki...
-
Elm və təhsil20 Yanvar 22:24Azərbaycan ədəbiyyatına ağır itki üz verdi - FOTO
-
Sosial20 Yanvar 22:00Bu rayonun bəzi kəndləri QAZSIZ QALACAQ
-
Magazin220 Yanvar 21:12Evini 108 milyona satdı - FOTO
-
MDB20 Yanvar 20:00Lukaşenko Trampın bu təklifinə “HƏ” DEDİ



































