Türkiyə futbolunda VAR-a əcnəbi hakimlər baxacaq
Bizi izləyin

İdman

Türkiyə futbolunda VAR-a əcnəbi hakimlər baxacaq

Türkiyə Futbol Federasiyası (TFF) Superliqa ilə bağlı qərar verib.

Publika.az qurumun saytına istinadən xəbər verir ki, qərar bu gün TFF-nin iclasında açıqlanıb.

Qərara əsasən, 2024/25 mövsümü Superliqanın ikinci hissəsində VAR sisteminə əcnəbi ədalət təmsilçiləri nəzarət edəcəklər.

Məlumata görə, buna TFF-nin bu qərarı verməsinə son vaxtlar klubların VAR-la bağlı davamlı etirazları səbəb olub.

Qeyd edək ki, Superliqada mövsümün ikinci yarısına yanvarın 17-də start veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm