İdman
Rafael Ağayev: "Mən bildiyimi onların 99 %-i bilmir" - VİDEO

"Vitse-prezidentlik vəzifəsinə 30 illik əziyyətim sayəsində əldə etdiklərimlə karatenin inkişafına təkan vermək üçün gəlmişdim. Ərizə yazaraq istefa verdim. Bu qərarı özüm təkbaşına aldım".
Publika.az xəbər verir ki, bu sözləri "Azərbaycan Milli Karate Federasiyası" İctimai Birliyinin vitse-prezidentlik vəzifəsindən istefa verən beşqat dünya, onbirqat Avropa çempionu və Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev Baku TV-yə müsahibəsində deyib.
Karate ustası öz qərarında israrlı olduğunu söyləyib:
"Düz qərar vermişəm ki, ayrılıram, kiminsə yerini tutmaq istəmirəm. Ümid edirəm ki, mənim yerimə gələn insan bundan gözəl addımlar atıb karatenin irəliyə getməsi üçün əlindən gələni edəcək. Mən də bu idmanda əziyyət çəkmişəm, danışsam, çox şey deyərəm. Ancaq müsbət şeylər haqqında danışıram. Hansısa zəng məni qorxutmayıb, heç də peşman deyiləm. Avropada artıq 4-5 ölkə var ki, onlardan cavab gözləyirəm. Əgər alınarsa, hansısa bir ölkənin yığma komandasına baş məşqçilik edə bilərəm. Hələ ki düşünürəm".
Vitse-prezidentlik dövründə cəmi bir dəfə iclasa çağırıldığını bildirən Rafael Ağayev bir ildir maaşının kəsildiyini qeyd edib:
"Məni bir dəfə iclasa çağırıblar. Zəng edərək atamın xəstə olduğunu, bu səbəbdən iştirak edə bilməyəcəyimi dedim. Bundan başqa məni heç bir iclasa dəvət etməyiblər. Olduğu kimi danışıram. Mən çox şeyi gizlədirəm, yaxşı şeyləri deyirəm. Əgər İctimai Birliyin vitse-prezidentiyəmsə, maaşım bir ildir niyə kəsilib? Deyəcəklər ki, Rafael yenə pula görə dalaşır. Mən Federasiyadan bunun səbəbini soruşanda deyirlər nazirlikdən belə qərar verilib ki, sənin maaşın kəsilsin".
Ətraflı süjetdə:

-
Art06:16
Ceyran Rəhimova Afaq Bəşirqızı ilə bir arada - FOTO
-
Dünya05:45
Bu dənizdə 7,6 bal gücündə ZƏLZƏLƏ OLDU
-
Qoroskop03:13
Vanqanın SEÇDİYİ TƏK BÜRC - Unikal qabiliyyətə malikdirlər
-
Ekologiya01:41
Paytaxt yolları buz bağladı - FOTO
-
Magazin100:30
Zaur əsl yaşını açıqladı: 20 il cavan görünürmüş...
-
İKT00:15
Sosial medianın QORXULU FƏSADI - Vəziyyəti daha da pisləşdirir
-
Ekologiya8 Fevral 23:36
Bakıya qar yağır - FOTO/VİDEO
-
Magazin28 Fevral 22:36
"Çirkli rəqs" filminin ulduzu VƏFAT ETDİ