İdman
Bağırovdan darmadağın şərhi: "Bir də belə fürsət əlimizə düşməyə bilərdi"
"Kəpəz" Azərbaycan Premyer Liqasının 19-cu turunda Tovuz şəhər stadionunda "Turan Tovuz"u 5:2 hesabı ilə məğlub edib.
Publika.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Xırda anlaşılmazlığa görə Tovuz azarkeşlərindən üzr istəyirəm. Çətin oyun oldu. Rəqibin müdafiəçilərinin olmaması bizim üstünlüyümüz idi. Bir də belə fürsət əlimizə düşməyə bilərdi. Uşaqları matça yaxşı kökləmişdik. Son dəqiqəyə qədər mübarizə apardıq, komanda istədiklərimizi həyata keçirdi.
- Bunun davamını "Səbail"lə matçda gətirmək olacaq?
- Onu zaman göstərəcək. Son matçlarda komanda yaxşı, mübariz oyun göstərir. Futbolçular nələri istədiyimizi artıq bilirlər. Mübarizə aparmaq və səhvləri minimuma endirmək lazımdır. Artıq nəsə etmirik.
- Bu qələbə futbolçuların uğurudur, yoxsa gələcəyi gözlənilən sponsorun ayaq səsləridir?
- Uşaqların uğurudur. Nə qədər sponsor və məşqçi gəlsə, meydanda tapşırıqları icra edənlər futbolçulardır. Əsl uğur onlarındır.
- Hansı mövqelərə transferlər olacaq?
- İstədiyimiz futbolçular var. Qışda kiminsə adını yüz faiz çəkmək mümkün deyil. Maltalı futbolçu ilə bağlı xəbərlər var idi. Onun yolunu gözləyirik. Elə şeylər var ki, açıqlayanda alınmamaq ehtimalı olur.
- "Səbail"in dünənki qələbəsi komandanızı oynadırdı?
- Biz öz oyunumuza baxırıq. O barədə heç nə danışmamışdıq. Sədəcə olaraq komandanı oyundan-oyuna hazırlamağa çalışırıq.
- Turan Manafovun hazırkı durumunu necə dəyərləndirirsiniz?
- Pis oynadı və ya yaxşı oynadı deyə bilmərəm. Qollarımızı vurdu. Turan çox çalışmalıdır, potensiallı oyunçudur. Daha inamlı, daha iradəli olmalıdır. Azərbaycanda sol ayaqlı ən yaxşı futbolçulardan biridir. Sadəcə daha çox işləməlidir.
Heybət
-
Sosial16:46Xankəndidə məmur bu hərəkətinə görə cəzalandırıldı
-
Sosial16:08Evdən işləmək qanuniləşir
-
Cənubi Qafqaz15:26Pakistan Ermənistanda səfirliyini açacaq
-
Cənubi Qafqaz14:49Təyyarələr İrəvana enə və ya qalxa bilmir: Nə baş verib?
-
Sosial14:20Azərbaycanda kişilərə şad xəbər: Buna görə pul veriləcək - VİDEO
-
Nida Xəbər 13:33Şərhdə naziri “tag” etdi, o da cavab verdi - FOTO
-
ABŞ13:06Trampdan sərt xəbərdarlıq: Keçdikləri anda vuracağıq
-
Sosial12:57Azərbaycanda daha bir bayram günü təsis edilir - İş olmayacaq



















.jpg)















