İdman
“Kəpəz” illər sonra bunu bacardı

Azərbaycan Premyer Liqasının 19-cu turunun “Kəpəz” - “Turan Tovuz” qarşılaşması Gəncə klubunun 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Publika.az xəbər verir ki, qonaq komanda tarixidə ilk dəfə Premyer Liqa matçında 4-dən çox top buraxıb.
“Kəpəz” təqribən 12 ildən (11 il 8 ay) sonra bir matçda 5 və ya daha çox qol vurub. Gəncəlilər sonuncu dəfə 2013-cü il mayın 13-də “Turan”la səfərdəki qarşılaşmada belə məhsuldar olub – 5:3.
“Kəpəz”in ev matçında 5 və ya daha çox qol vurması isə sonuncu dəfə təxminən 19 il – yəni 18 il 8 ay öncə qeydə alınıb. Gəncə təmsilçisi 2006-cı il mayın 29-da MOİK-i 5:3 hesabı ilə məğlub edib.
7 qolun vurulduğu görüş həm də mövsümün ən məhsuldar qarşılaşması adına şərik olub. Oktyabrın 4-də “Kəpəz” – “Neftçi” matçında da eyni sayda qol vurulub – 4:3.
Qeyd edək ki, “Turan Tovuz” “Turan” klubunun hələ ki, varisi hesab edilmir. Lakin klub bununla bağlı AFFA-ya rəsmi müraciət edib.
Heybət

-
Sosial09:50
DİN-dən yeni dələduzluq növü ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 09:40
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - SƏBƏB
-
Ekologiya09:25
Bu rayona 79 sm qar yağdı - Faktiki hava
-
Nəqliyyat09:20
Azərbaycanda dəmir yolu marşrutları üzrə sürət həddi endirildi
-
Magazin108:55
Elnur oğluna dəbdəbəli ad günü etdi: məşhurlar axışdı - VİDEO
-
Dünya08:40
Antalyada 28 yaşlı qadın selfi çəkərkən uçurumdan yıxıldı - Video
-
Dünya08:25
Alyaskada itən təyyarə tapıldı: bütün sərnişinlər ölüb
-
Magazin206:46
Ən yaraşıqlı "mafiya başçısı" - Foto