ABŞ
“Dərin dövlət”ə güclü zərbə olacaq: Tramp bu sənədləri yayarsa
Con Kennedinin qətli ilə bağlı məxfi sənədlər dərc olunarsa, Amerika Birləşmiş Ştatlarındakı “dərin dövlət”ə güclü zərbə vurulacaq.
Publika.az xəbər verir ki, bu sözləri rusiyalı senator Aleksey Puşkov öz Teleqram kanalında deyib.
Senator həmçinin Trampın niyyətini “informasiya inqilabı elan etmək” kimi qiymətləndirib.
“Əgər bu nəşr baş tutarsa, özlüyündə ABŞ-dakı “dərin dövlət”ə güclü zərbə olacaq”, - Puşkov vurğulayıb.
Xatırladaq ki, Donald Tramp bildirib ki, o, təkcə Con Kennedinin özünə deyil , həm də onun qardaşı, 1968-ci il seçkilərində ABŞ prezidentliyinə namizəd Robert Kennedinin, eləcə də afroamerikalıların vətəndaş hüquqları uğrunda mübarizə aparan Martin Lüter Kinqin qətli ilə bağlı məxfi məlumatları dərc etmək niyyətindədir.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti ölkə tarixində ən geniş fərmanlar siyahısını qəbul etməyi planlaşdırdığını bildirib. Onun sözlərinə görə, yeni sənədlər dalğası “görünməmiş şok və qorxuya səbəb olacaq”.
Adəm Abbaslı
-
MDB19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi


















.webp)





.jpg)













