İdman
Milli komanda "Real"ın sabiq baş məşqçisinə tapşırılır?
Julen Lopeteqi Belçika millisinə rəhbərlik edə bilər.
Publika.az xəbər verir ki, Belçika Futbol Assosiasiyası artıq 58 yaşlı ispan mütəxəssislə danışıqlar aparır. O, bir neçə gündür - "Vest Hem"in baş məşqçisi vəzifəsindən istefa verdikdən sonra işsizdir.
Lopeteqi ilə bağlı məlumatlar yanvarın 17-də millinin baş məşqçi postunu tərk edən Domeniko Tedeskonun istefasından sonra ortaya çıxıb. Belçika Futbol Assosiasiyası yığmanın nəticələrini yaxşılaşdırmaq üçün təcrübəli məşqçi tapmağa çalışır.
“Qırmızı şeytanlar”ın baş məşqçi postuna potensial namizədlər arasında Tyerri Anri, Rudi Qarsiya, Erik Ten Haq və Mark van Bommel kimi adlar da var.
Julen Lopeteqi 2019/20 mövsümündə "Sevilya" ilə Avropa Liqasının qalibi olub. Eyni zamanda İspaniya millisi və "Real"a rəhbərlik edib.
Heybət
-
Magazin222:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa22:12Papa əməliyyat olundu
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO






























