İdman
Qurban Qurbanov Elvinə qırmızı vərəqə ilə bağlı ünvanlanan suala belə reaksiya verdi - VİDEO
UEFA Avropa Liqasının 7-ci turunun “Qarabağ” - FKSB matçından əvvəl meydan sahiblərinin təşkil etdiyi mətbuat konfransında maraqlı anlar yaşanıb.
Publika.az xəbər verir ki, konfransda iştirak edən və tez-tez qırmızı vərəqə alan müdafiəçi Elvin Cəfərquliyevə “Hakimin güzəştə getməyən biri olduğu bildirilir. Bunu nəzərə almısan” - deyə sual ünvanlanıb.
Azərbaycanlı futbolçu bu sualı gözlədiyini bildirib:
“Hiss edirdim ki, mənə bu sual veriləcək. Hər bir oyuna ciddi hazırlaşıram. Qırmızı vərəqə almağım çox istəkli olmağımdan və aqressivliyimdən irəli gəlir. Amma öz üzərimdə işləyirəm. Bəzi yerlərdə çox aqressiv olmağım komandaya baha başa gəlir. Bunu bilirəm. Məşqçimin də mənə təlimatları olur. Başa düşürəm, hazıram”.
Elvinin cavabı bitər-bitməz Qurban Qurbanov “bəzən də verirlər” - deyə reaksiya verib. Bu da hər kəs tərəfindən təbəssüm ilə qarşılanıb.
Heybət
-
İdman21:59“Qarabağ” “Ayntraxt”a qarşı: hesab bərabərləşdi - CANLI/YENİLƏNDİ
-
Elm və təhsil20:05Qara görə dərsə getməyən şagirdlərlə bağlı qərar - RƏSMİ
-
İdman20:00"Ayntraxt" "Qarabağ"la oyun öncəsi görün nə paylaşdı - VİDEO
-
Region19:55Türkiyədə zəlzələ oldu
-
Sosial19:40İsa Həbibbəyliyə çətir tutan şəxs vəzifəsindən azad olunub? - RƏSMİ
-
Sosial18:40Dövlət işçilərinin maaşı ilə bağlı YENİLİK
-
Nida Xəbər 18:30İcra başçısı onları işdən çıxardı
-
Dünya17:23Türkiyənin sərhədlərindən kənarda yeganə ərazisi azad edildi - FOTOLAR




















.jpg)














