Özbəkistanlı istedad ilk dəfə "Mançester Siti"nin əsas heyətində
Bizi izləyin

İdman

Özbəkistanlı istedad ilk dəfə "Mançester Siti"nin əsas heyətində

Özbəkistanlı futbolçu Abdukodir Xusanov İngiltərə Premyer Liqasının 23-cü turunun Londonun “Çelsi” klubu ilə oyununda “Mançester Siti”nin start heyətində yer alıb.

Publika.az xəbər verir ki, həmçinin Xusanovdan başqa kluba yeni gələn daha bir futbolçu - Frankfurt "Ayntraxt"ından köçən misirli Ömər Marmoş matça ilk dəqiqələrdən başlayacaq.

Ederson "Siti"nin qapısını qoruyacaq. Müdafiə xətti Xusanovdan başqa Manuel Akanji, Coşko Qvardiol və Mateus Nunesdən ibarət olacaq.

Yarımmüdafiəçilər: Kovaçiç, Gündoğan, Marmos, Silva, Foden, hücumçu - Haaland.

"Mançester Siti" - "Çelsi" matçı Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

20 yaşlı Xusanov yanvarın 19-da “Lens”dən “Mançester Siti”yə keçib.

Müqavilənin imzalanmasında şəhərin baş məşqçisi Pep Qvardiola iştirak edib. Futbolçu 45 nömrəli forma geyinəcək.

İngiltərə Premyer Liqasının cari mövsümündə “Mançester Siti” 22 oyundan 38 xal toplayaraq 7-ci yerdədir. Turnir cədvəlinə 53 xalla "Liverpul" başçılıq edir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm