Ronaldonun Messiyə əsl münasibəti necədir?- Morqan o söhbəti ilk dəfə açıqladı
Bizi izləyin

İdman

Ronaldonun Messiyə əsl münasibəti necədir?- Morqan o söhbəti ilk dəfə açıqladı

Məşhur britaniyalı jurnalist Pirs Morqan “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo ilə söhbəti haqda danışıb.

Publika.az xəbər verir ki, Morqanın sözlərini “Give me Sport” yayıb.

“Kriştiano ilə çox maraqlı söhbətim oldu. Üç il əvvəl ondan ilk dəfə müsahibə alandan sonra nahar etdik. Çox gözəl söhbət idi və mən onu bir insan kimi çox bəyənirəm.

O, Messiyə inanılmaz dərəcədə hörmət edir və mən ondan soruşdum: “İndiyə qədər gördüyünüz ən yaxşı oyunçu kimdir?” O cavab verdi: “Messi, amma səhv sual verirsən, ən yaxşı oyunçunun kim olduğunu soruşma”. Bu da məni güldürdü.

Ancaq sonra o, ikisi və braziliyalı Ronaldo, Ronaldinyo, Corc Best, Pol Qaskoyn kimi bir çox digər böyük oyunçular arasındakı fərqdən danışdı. O bildirdi ki, fərq odur ki, Messi ilə onun uzun karyerası olub.

Messi və Ronaldo artıq 18 və ya 19 ildir ki, oyunlarının zirvəsindədirlər və bu, onların hədsiz fədakarlıqlarının, əla fiziki hazırlığının və şübhəsiz ki, bir-birini daha da yüksək zirvələrə aparacaq rəqabətin sübutudur. Düşünürəm ki, bu, istənilən idman növünün ən yaxşı rəqabətlərindən biri idi, ona görə də onlara sahib olduğumuz üçün çox şanslı idik”, – deyə Morqan bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm