ABŞ bu ölkə vətəndaşlarına viza verilməsini DAYANDIRDI
Bizi izləyin

ABŞ

ABŞ bu ölkə vətəndaşlarına viza verilməsini DAYANDIRDI

ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın Kolumbiyadakı Səfirliyinin konsulluq şöbəsinə viza verilməsini dayandırmaq barədə tapşırıq verib.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, bu addım Kolumbiya Prezidenti Qustavo Petronun ABŞ-dan göndərilən iki repatriasiya təyyarəsini qəbul etməkdən imtina etməsindən sonra atılıb.

Həmçinin ABŞ-ın repatriasiya uçuş əməliyyatlarına müdaxiləyə görə məsuliyyət daşıyan şəxslərə və onların ailələrinə səyahət qadağası da qüvvəyə minib.

Bildirilir ki, Kolumbiya öz vətəndaşlarının qaytarılmasını qəbul etmək öhdəliyini yerinə yetirənə qədər tədbirlər davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm