İdman
Məşhur futbolçunun evinə silahlı basqın: Belə xilas oldu
"Atletik"in hücumçusu Aleks Berenquer evində oğurluğa cəhdin qarşısını alıb.
Publika.az "El Correo"ya istinadən xəbər verir ki, hadisə bazar ertəsi günü baş verib.
29 yaşlı cinah oyunçusu hamilə arvadı ilə villasında olarkən üç nəfər silahlı şəxs soyğunçuluğa cəhd edib. Bağda adamların gizləndiyini görən Berenquer onların içəri girməsinə mane olmaq üçün cəld şüşə qapını bağlayıb. Onlardan biri dəmirlə qapını açmağa çalışarkən, digəri silahı futbolçuya və həyat yoldaşına tuşlayıb. İçəri girə bilməyən soyğunçular qaçıblar.
Hadisədən sonra evin təhlükəsizlik sistemi işə salınıb və polis gəlib. Berenquer və həyat yoldaşı xəsarət almayıb. Polis oğurluğa cəhdlə bağlı araşdırmalara başlayıb.
Bu mövsüm Aleks La Liqada 20 matçda iştirak edib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.
Heybət
-
Hadisə08:30
Qəzada ölən İcra Hakimiyyəti əməkdaşının FOTOSU
-
ABŞ08:10
Sərnişin təyyarəsi helikopterlə toqquşub çaya düşdü: cəmi 4 nəfər sağ çıxdı - VİDEO
-
Digər07:15
Yerə asteroid düşə bilər - Bu tarixdə
-
Qoroskop00:55
Günün qoroskopu: Yeni maliyyə fürsətləri araşdırmaq üçün əla vaxtdır
-
Nida Xəbər 00:15
Seçkilərin ilkin nəticələri açıqlandı - Video
-
Hadisə00:05
Azərbaycanda icra hakimiyyətinin əməkdaşı ailəsi ilə birgə həlak oldu - FOTO/YENİLƏNDİ
-
İdman29 Yanvar 23:10
Qurban Qurbanov: Bəxtim onda gətirib ki…
-
Ekologiya29 Yanvar 22:26
Bakıya qarın yağmamasının SƏBƏBİ BİLİNDİ