Özbək Mançesterə gedir, azərbaycanlı isə Şamaxıya qayıdır: - ŞOK SƏBƏBLƏR
Bizi izləyin

İdman

Özbək Mançesterə gedir, azərbaycanlı isə Şamaxıya qayıdır: - ŞOK SƏBƏBLƏR

Ötən həftə “Mançester Siti”nin müdafiəçi Abdukodir Xusanovu transfer etməsi nəinki futbol dünyasında Azərbaycanda da böyük marağa səbəb oldu.

Özbəkistanlı futbolçunun cəmi 20 yaşlı İngiltərə çempionunun gündəminə gəlməsi və onun keçidinə 40 milyon avro xərclənilməsi ajiotaj yaratmaya bilməzdi. Bu azmış kimi Xusanov transferin reallaşmasından bir neçə gün sonra “Siti” forması ilə debüt etdi. O, “şəhərlilər”in “Çelsi” ilə vacib Premyer Liqa matçında əsas heyətdən meydana çıxdı.

Abdukodir Khusanov of Uzbekistan joins Manchester City – Gazeta.uz

Düzdür, görüş Xusanovun arzuladığı kimi başlamadı. Həyacan və təcrübəsizlik onun kobud səhvlər etməsinə, hətta komandasının qol buraxmasına səbəb oldu. Bununla belə Abdukodir tarixə düşdü. O, Premyer Liqada meydana çıxan ilk özbək oldu. Özü də “Mançester Siti” kimi klubun heyətində.

Man City sign Abdukodir Khusanov in £34m deal with ‘tank’ as quick as Usain  Bolt roped in to bolster Pep’s def

Xusanovun keçdiyi yol olduqca maraqlıdır. O, atasının da çıxış etdiyi Özbəkistanın “Bunyodkor” klubunun yetirməsi sayılır. Ancaq klub onun istedadına güvənməyib və heç vaxt şans verməyib. Nəticədə müdafiəçi 18 yaşında ölkəsini tərk edərək Belarusa üz tutub. “Energetik-BQU” onunla müqavilə imzalayıb. Cəmi bir mövsüm sonra isə Abdukodir Fransanın tarixi kublarından hesab edilən “Lans”ın diqqət mərkəzinə düşüb. İddialara görə “sarı-qırmızılar” belaruslulara bu keçidə görə 450 min avro ödəyib. Bəzi mənbələr isə bu məbləğin 100 min avro olduğunu iddia edirlər. Ancaq reallıq oldur ki, ilyarım sonra “Lans” onu “Siti”yə 40 milyon avroya satdı. Bu isə 100 dəfə çox xeyir deməkdir.

Abdukodir Khusanov: Manchester City agree £33.6m deal for Lens defender -  BBC Sport

Bu qış transfer pəncərəsində legioner həyatı yaşayan azsaylı futbolçularımızdan biri olan Cəlal Hüseynov isə Vətənə geri döndü. Bolqarıstanın “Arda” klubunda çıxış edən 22 yaşlı müdafiəçi mövsümün qalan hissəsini icarə əsasında “Şamaxı”da keçirəcək.

Bir neçə il əvvəl Azərbaycan fubolunun potensiallı müdafiəçilərindən biri hesab edilən Cəlalın Bolqarıstana üz tutması müsbət qarşılanırdı. Ondan Xusanov qədər olmasa da, müəyyən bir səviyyədə irəliləyiş gözlənilirdi. Ancaq milli komandamızın da üzvü olan Hüseynov həmkarından fərqli olaraq, möhkəmlənə, inkişaf edə bilmədi.

Belarus və Bolqarıstan futbolu arasında kifayət qədər fərq var. Bolqarlar Avropaya daha açıqdırlar. Onların bir sıra futbolçuları legioner həyatı yaşayır. İnfrastruktur və futbol baxımından da səviyyə fərqlidir. Rusiya-Ukrayna müharibəsinə görə birincilərə tətbiq edilən sanksiyalardan pay alan və şərait, şəviyyə baxımından geri qalan Belarusda çıxış edən futbolçu Fransaya, oradan da İngiltərəyə üz tuta bilirsə, deməli problem başqadır.

Niyə azərbaycanlı Hüseynov Şamaxının, özbəkistanlı Xusanov isə Mançesterin yolunu tutur. Fərqimiz, problemimiz nədir? Niyə bizim futbolçular belə səviyyələrə yüksələ bilmir? Tanınmış futbol agenti Tural Əsgərovun məsələyə münasibəti belədir:

“Məncə, bu haqda danışmağa elə də ehtiyac yoxdur. Xusanovun “Siti”yə, Xviçanın əvvəl “Napoli”yə, ardınca PSJ-yə keçməsi Cəlalla müqayisədə ayrı-ayrı mövzulardır. Sual vermək istəyirəm, Cəlal “Arda”da az oynayırdı? Komandaya lazım deyilsə və başqa təklifi yox idisə, nə etməli idi? Bilsək ki, Cəlalın təklifi və Avropada qalmaq imkanı var idi, qalmadı gəldisə, bu məsələni müzakirə etmək olar. Ona görə sırf Cəlal nümunəsinin gətirilməsinin əleyhinəyəm.

Amma siz qeyd etdiyiniz bu məsələnin kökündə çeynənilmiş uşaq futbolu mövzusu durur. Azərbaycanda uşaq futbolunun durumu acınacaqlıdır. Bilmirəm ki, Gürcüstanda və Özbəkistanda uşaq futbolunun durumu bizdən yaxşıdır, ya yox. Bunu bilmədən də fikir bildirmək düzgün deyil. Amma fakt odur ki, Azərbaycanda uşaq futbolu üçün heç bir şərait yoxdur. Kütləvilik çox aşağı səviyyədədir. Bunun nəticəsində də ölkəmizdə ciddi futbolçu qıtlığı yaranıb. Söhbət onların kefiyyətli və ya kefiyyətsiz olmasından getmir. Ümumiyyətlə futbolçu qıtlığı var. Sizin sualınız kökündə bu durur. Bu məsələ düzəlməyincə Xusanov və Kvaratsxeliya ilə müqayisə aparmaq düzgün deyil. Biz öz problemlərimizi həll eləməliyik. Yəqin ki, bundan sonra bu məsələdə irəliləyiş olacaq”.

Hazırda legioner həyatı yaşayan futbolçulardan ən üzdə olanı Mahir Emrelidir. O, Almaniyanın İkinci Bundesliqasında mübarizə aparan “Nürnberq”in üzvüdür. O da “Legiya”dan sonra özünü tapa bilmir. Bir gün vurduğu qollarla, bir gün isə qalmaqallarla gündəmə gəlir.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm