Azərbaycan klubuna təklif olunan ulduz futbolçu həbs olundu: Buna görə
Bizi izləyin

İdman

Azərbaycan klubuna təklif olunan ulduz futbolçu həbs olundu: Buna görə

Belçika millisinin və "İnter" klubunun sabiq futbolçusu Radja Nainqqolan narkotik qaçaqmalçılığında şübhəli bilinərək həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə Brüssel prokurorluğu məlumat yayıb.

Nainqqolan Antverpen limanı vasitəsilə Cənubi Amerikadan kokain keçirməkdə şübhəli bilinir.

“İstintaq Antverpen limanı vasitəsilə Cənubi Amerikadan Avropaya kokainin idxalı və Belçikada yenidən paylanması ilə bağlıdır. Bu işlə bağlı futbolçu Radja Nainqqolanın həbs olunduğunu təsdiqləyə bilərik. Hazırda dinləmələr davam etdiyindən və təqsirsizlik prezumpsiyası prinsipinə uyğun olaraq indiki mərhələdə əlavə şərh verilməyəcək”, - deyə məlumatda bildirilir.

Nainqqolan "İnter"lə İtaliya çempionudur (2021). O, İtaliyanın “Roma”, “Kalyari” və SPAL klublarında da çıxış edib. Yanvarın 24-də futbolçu Belçikanın “Lokeren-Temse” klubunda debüt edib.

Qeyd edək ki, ulduz futbolçu bir müddət əvvəl menecerlər vasitəsilə Azərbaycanın Birinci Liqasında çıxış edən "Karvan" klubuna təklif olunub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm