İdman
Anşlaq gözlənilir - “Yürüş Sahildən başlayacaq...”
Dekabrın 11-də Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində baş tutacaq "Qarabağ" - "İnter" matçında anşlaq gözlənilir.
"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun Publika.az-a verdiyi məlumata görə, oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında biletlər bitmək üzrədi. Belə ki, satışda 600-ə qədər bilet qalıb.
"Qarabağ" - "İnter" matçı dekabrın 11-də, saat 21:00-da baş tutacaq.
Onu da bildirək ki, “İnter”lə matçdan öncə yürüş olacaq. Bu barədə Ağdam təmsilçisinin ən böyük fan klubu - “İmarət” bəyanat yayıb.
“Dekabrın 11-də “İnter”lə oyundan əvvəl, saat 18:00-da “Sahil”
metrosunun yanındakı “Sahil bağı”ndan “İçəri Şəhər” metrosu
istiqamətinə “İmarət” TAYFA-nın böyük yürüşü olacaq.
Əgər qrup olaraq nəyisə qərara almışıqsa, hər kəs
qatılmalıdır!”
Aygün
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”