İdman
“Turan Tovuz” “Səbail”lə bərabərə qaldı
Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
Publika.az xəbər verir ki, “Turan Tovuz” öz meydanında “Səbail”lə görüşüb.
Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.
Hesabı 29-cu dəqiqədə meydan sahibləri açıblar. Alexandro Serrano topu dəqiq zərbə ilə qapıdan keçirib. Tovuz təmsilçisi 43-cü dəqiqədə meydanda azlıqda qalıb. Müdafiəçi Kauan Martins sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə görüb. İlk hissə ev sahiblərinin minimal hesablı üstünlüyü ilə yekunlaşıb. Qonaqlar məğlubiyyətdən oyunun sonlarına yaxın xilas olublar. Madi Keta sağ cinahdan gələn hava ötürməsi zamanı topu baş zərbəsi ilə tora qovuşdurub və yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 36-ya çatdıran “Turan Tovuz” 3-cü pilləyə yüksəlib. “Səbail” isə 16 xalla sonuncu, yəni 10-cu pillədə qərarlaşıb.
-
Sosial21:36
Bəhruz Məmmədov vəzifəsindən AZAD EDİLDİ
-
Magazin121:24
Ağır qəzaya düşən Ailanın vəziyyəti necədir? - FOTO
-
Nida Xəbər 21:12
İrandakı səfirliyimizin yeni inzibati binasından FOTOLAR
-
Magazin220:36
Məşhur serialın aktyoru VƏFAT ETDİ
-
Sosial20:00
Vəzifəli şəxs qəfil vəfat etdi
-
Magazin119:12
Sevda Yahyayeva transparan geyimdə - FOTO
-
Hadisə18:06
Azərbaycanda zəlzələ oldu
-
Səhiyyə17:00
Bölgələrdə həkim çatışmazlığı - Onları təqaüdə göndərməyin nə mənası var?