İdman
UEFA reytinqi: "Qarabağ" bu dəfə məyus etdi
Azərbaycan klublarının UEFA reytinqindəki yeni mövqeləri bəlli olub.
Publika.az xəbər verir ki, UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının Liqa mərhələlərində 8-ci turun matçlarından sonra klubların UEFA reytinqi yenilənib.
Azərbaycan təmsilçisi "Qarabağ"ın Avroliqada "Olimpiakos"a 0:3 hesabı ilə uduzmasından sonra Ağdam təmsilçisinin sıralamadakı mövqeyi dəyişib.
Aktivində 32.000 xalı olan Qurban Qurbanovun komandası bir pillə geriləyərək 66-cı yerdə qərarlaşıb.
Danimarkanın "Midtyulland" komandası 32.750 xalla "Qarabağ"ı geridə qoyub.
Digər Azərbaycan təmsilçilərindən "Neftçi" 8.000 xalla 181-ci pillədədir. "Zirə", "Sabah", "Sumqayıt" 4.000 xalla 310-cu yeri bölüşürlər. "Qəbələ" və "Şamaxı" isə 3.925 xalla 329-cu yeri paylaşırlar.
Qeyd edək ki, reytinq cədvəlinə 138.500 xalla "Real" liderlik edir.
-
Nəqliyyat06:46Bakının parkinq böhranı necə həll oluna bilər? - Video
-
ABŞ04:30ABŞ İranda quru əməliyyatını müzakirə edib - Son qərar nə oldu?
-
Qoroskop02:19Günün ulduz falı: daxili səsinizin sizə yol göstərməsinə icazə verin!
-
Hadisə01:40Qəbələdəki güclü zəlzələ kameralara bu cür düşdü - Anbaan video
-
Magazin112 İyun 23:35Zeynəb Xanlarova: Şəklə ərə getdim, görüşmədim - Video
-
Hadisə12 İyun 21:51Naxçıvana uçan təyyarələr Bakıya qayıtdı
-
İdman12 İyun 21:3911 klub “Turan Tovuz”la bağlı CAS-a müraciət etdi
-
İKT12 İyun 18:40Feysbuk və İnstaqram çökdü - Yeniləndi






















.jpg)









