İdman
F1 avtomobili rekord məbləğə satıldı - FOTO
Fevralın 1-də Ştutqartdakı “Mercedes-Benz” muzeyində keçirilən “RM Sotheby’s” auksionunda 1954-cü ildə hazırlanmış qapalı təkərli versiyada – “Stromlinienwagen” – “Mercedes-Benz” W 196 R yarış maşını satılıb.
Publika.az xəbər verir ki, Lotun qiyməti 51 155 000 avro (53 917 370 dollar) olub. Bu, “Mercedes-Benz W 196 R”-i tarixdə ən bahalı Qran Pri avtomobili edir. Bu, dünyada ikinci ən bahalı avtomobil olub.
Hərraca çıxarılan “Mercedes-Benz W 196 R” (seriya nömrəsi 00009/54) 1954-cü ildə – ilkin olaraq açıq təkərlərlə istehsal edilib. Bu avtomobillə Xuan Manuel Fanqio 1955-ci il Formula 1 mövsümünün ilk turu olan Argentina Qran Prisinin qalibi olub.
Avtomobil daha sonra qapalı təkərləri olan daha aerodinamik kuzovla yenidən qurulub və bu formada 1955-ci ildə İtaliya Qran Prisində Stirling Moss tərəfindən idarə olunub. Britaniyalı finiş xəttinə çata bilməyib, lakin yarışın ən sürətli dövrəsini təyin ediv. 1965-ci ildə avtomobil “Indianapolis Motor Speedway” muzeyinin kolleksiyasına təhvil verilib və hərraca qədər orada saxlanılıb.
-
Qoroskop22:48
Hər zaman və hər yerdə şansı olan TƏK BÜRC - "Şeytan tükü" var
-
Sosial22:36
Bakıda ət UCUZLAŞDI - VİDEO
-
Yaxın Şərq22:12
Netanyahunun xanımının BAŞI DƏRDDƏ - İsrail polisi araşdırma başlatdı
-
İqtisadi gündəm22:00
Qəhvə sevənlərə ÜZÜCÜ XƏBƏR: qiymətlər 47 ilin ən yüksək səviyyəsinə çatdı
-
Magazin120:48
Çinarə Balidə belə əylənir - FOTO
-
Magazin220:12
O mahnıdakı mesajlar haqda Ərdoğana MƏLUMAT VERİLDİ
-
ABŞ19:36
Kanada ağır şərtlər altında - Tramp başqa şan vermir
-
Səhiyyə18:48
Qonşu ölkələrdə yayılan TƏHLÜKƏ: donuz qripi Azərbaycana da keçə bilər - VİDEO