Yaxın Şərq
Netanyahunun xanımının BAŞI DƏRDDƏ - İsrail polisi araşdırma başlatdı
İsrail polisi ölkənin baş nazirinin həyat yoldaşı Sara Netanyahunu araşdırır.
Publika.az xəbər verir ki, "The Times of Israel" məlumat yayıb.
Qəzet qeyd edib ki, ötən ay hüquq-mühafizə orqanları Benyamin Netanyahunun həyat yoldaşına qarşı "Qadının şahidi qorxutmağa və ərinə qarşı korrupsiya işinə müdaxilə etməyə çalışdığı" iddialarına görə iş açıb.
İstintaq dekabrın 26-da İsrail parlamentinin deputatı Naam Laziminin müraciətindən sonra başlayıb. Bu, "N12" TV-nin xəbərindən sonra, Sara Netanyahunun üç işdən birində əsas şahidə təsir etmək üçün ərinin köməkçisinə etiraz aksiyaları təşkil etməyi tapşırdığını iddia edib. Baş nazir məhkəmədə ifadə verir. Sara Netanyahu özü isə şahidlə hər hansı əlaqəsinin olduğunu təkzib edib.
2019-cu ilin yayında İsrail baş nazirinin xanımı dövlət vəsaitindən sui-istifadəyə görə 55 min şekel cərimələnib. O, tam ştatlı aşpazın olmasına baxmayaraq, üç il ərzində dövlət hesabına hökumət başçısının iqamətgahına restoranlardan yemək sifariş edib. Bir illik araşdırmadan sonra qadın günahını etiraf edib.
Hüseyn İbadlı
-
MDB16:54Rusiya Ermənistana nota verdi
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar
-
Nida Xəbər 15:08Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR
-
MDB12:12Ukrayna ordusu Brejnevin nəticəsini əsir götürüb - FOTO
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi
-
Nida Xəbər 10:44Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu

























.webp)
.jpg)










