Avropa
Aİ ABŞ-ı sərt cavab tədbirləri ilə HƏDƏLƏDİ
Avropa Komissiyası ABŞ-ın Aİ ölkələrindən idxal etdiyi mallara rüsum tətbiq edəcəyi təqdirdə sərt cavab tədbirləri ilə bağlı xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi Avropa Komissiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
Agentliyin mənbəsi bildirib ki, Aİ aşağı ticarət tariflərini iqtisadi artım və sabitliyin mühüm amili hesab edir. ABŞ-ın tətbiq etdiyi istənilən ədalətsiz rüsumlar Avropa İttifaqı tərəfindən sərt və qətiyyətli reaksiya ilə qarşılanacaq.
Fevralın 1-də ABŞ prezidenti Donald Tramp Meksika və Kanadadan gələn mallara 25% , Çin mallarına isə 10% rüsum tətbiq edən fərman imzalayıb. O, qərarını qanunsuz miqrasiya və narkotiklərlə mübarizə ilə izah edib.
EY-nin baş iqtisadçısı Qreqori Dako qeyd edib ki, Trampın Kanada, Çin və Meksikadan gələn mallara idxal rüsumları tətbiq etmək qərarı ölkədə ət və süd məhsullarının qiymətlərinin artmasına səbəb ola bilər.
Hüseyn İbadlı
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Müsbət xəbərlər ala bilərsiniz
-
Qoroskop2 Fevral 22:48
Hər zaman və hər yerdə şansı olan TƏK BÜRC - "Şeytan tükü" var
-
Sosial2 Fevral 22:36
Bakıda ət UCUZLAŞDI - VİDEO
-
Yaxın Şərq2 Fevral 22:12
Netanyahunun xanımının BAŞI DƏRDDƏ - İsrail polisi araşdırma başlatdı
-
İqtisadi gündəm2 Fevral 22:00
Qəhvə sevənlərə ÜZÜCÜ XƏBƏR: qiymətlər 47 ilin ən yüksək səviyyəsinə çatdı
-
Magazin12 Fevral 20:48
Çinarə Balidə belə əylənir - FOTO
-
Magazin22 Fevral 20:12
O mahnıdakı mesajlar haqda Ərdoğana MƏLUMAT VERİLDİ
-
ABŞ2 Fevral 19:36
Kanada ağır şərtlər altında - Tramp başqa şan vermir