"Dinamo Kiyev" ona görə "Zirə"nin "qapısını döydü"
Bizi izləyin

İdman

"Dinamo Kiyev" ona görə "Zirə"nin "qapısını döydü"

Kiyev “Dinamo”su “Zirə”nin vingeri Salifu Suma ilə maraqlanır.

Publika.az xəbər verir ki, bu barədə "Zorya Londonsk" teleqram kanalı məlumat yayıb.

Artıq Ukrayna klubu Azərbaycan təmsilçisi ilə 21 yaşlı futbolçunun transferi ilə bağlı ilk təmasa keçib. Qeyd edilir ki, “Dinamo” Sumanı heyətinə qatmaq üçün Belçika, Fransa və Portuqaliya klublarının rəqabətinə tab gətirməli olacaq.

“Zirə” Salifu Suma ilə ötən həftə müddəti 2027-ci ilin yayına qədər olan yeni müqavilə imzalayıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm