Nida Xəbər
İƏT-in Azərbaycanda keçiriləcək 17-ci Zirvə Toplantısına hazırlıq: ilk iclas - Foto
Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İqtisadi Əməkdaşlıq Təşkilatının islahatlar üzrə yüksək səviyyəli komitəsinin ilk iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasında səfərdə olub.
Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Tədbirin keçirilməsində əsas məqsəd, İƏT-in institusional effektivliyini artırmaq, təşkilatda islahatlar və gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparmaq olub.
Sözügedən Komitənin fəaliyyəti cari ildə ölkəmizdə keçiriləcək İƏT-in 17-ci Zirvə Toplantısı çərçivəsində digər mövzularla yanaşı baxılacaq İƏT-in növbəti 10 il üzrə strateji sənədinin müzakirəsində təməl rolunu oynayacaq.
Tədbirdə çıxışı zamanı, Yalçın Rəfiyev İƏT-də islahatlar və regionda gələcək əməkdaşlıq perspektivləri ilə bağlı ölkəmizin mövqeyini diqqətə çatdıraraq, “İƏT Baxışı 2035” sənədinin regionda çağırışların səmərəli həllinə və əməkdaşlığın gücləndirilməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.
Səfər çərçivəsində Yalçın Rəfiyev İƏT-in Baş katibi Əsəd M.Xan, İƏT-ə ev sahibliyi edən ölkə qismində İranın Xarici işlər nazirinin müavini Seyed Rəsul Mohacer, eləcə də üzv ölkələrdən olan tərəf müqabilləri ilə görüşərək, çoxtərəfli əməkdaşlıqla bağlı məsləhətləşmələr aparıb.
-
Qoroskop00:35
Günün qoroskopu: Yeni tanışlıqlar mümkündür
-
Cənubi Qafqaz3 Fevral 23:56
Paşinyan ABŞ-da etirazla qarşılandı - Foto
-
Sosial3 Fevral 23:41
Bu dövlət qurumları LƏĞV OLUNDU
-
Sosial3 Fevral 22:45
Bakı aeroportunda qonaq qarşılayan "dinozavr" - VİDEO
-
İdman3 Fevral 22:00
Azərbaycan Premyer Liqasında komanda sayı artırıldı - RƏSMi
-
Nida Xəbər 3 Fevral 21:25
Orxan Əsgərovun ailəsi edam tələbini rəsmiləşdirdi
-
Nida Xəbər 3 Fevral 20:30
Rusiya ilə sərhədyanı rayonlarda blok-post quraşdırılıb? - DİN-dən AÇIQLAMA
-
Hadisə3 Fevral 20:20
Honq Konqdan Londona uçan təyyarə Bakıda məcburi eniş etdi