AFFA-nın yeni baş katibi o oldu – FOTO
Bizi izləyin

İdman

AFFA-nın yeni baş katibi o oldu – FOTO

AFFA-nın yeni baş katibinin adı müəyyənləşib.

Publika.az-ın əldə etdiyi məlumata görə, sözügedən vəzifədən istefa verən və icraçı vitse-prezident postundakı fəaliyyətini davam etdirəcək Sərxan Hacıyevi Cahangir Fərəcullayev əvəz edəcək.

Cahangir Fərəcullayev 1981-ci ildə Bakıda anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetin Şərqşünaslıq fakültəsində bakalavr və magistr təhsili alıb.

O, 2004-2019-cu illərdə Deniz Service, Engin, Gametv Prodüser Mərkəzi, AGBank, Novartis, Sandoz və JTI Azərbaycan şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, biznesin inkişafı və marketinq üzrə müstəqil məsləhətçi kimi çıxış edib.

2019-2020 illərdə "Topaz" şirkətinin baş direktoru olub. 2021-ci ildən indiyə qədər "Azərlotereya" ASC-də baş direktorun müşaviri və LMK şirkətində baş direktor vəzifəsində çalışıb.

Cahangir Fərəcullayev vəzifəsinin icrasına bu gündən etibarən başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm