Ekopublika.az
Trampın rüsumları bazarı çalxaladı: "Bitcoin" bu qiymətə düşdü
Bazar ertəsi kriptovalyutanın dəyəri düşüb.
Publika.az xəbər verir ki, "Bitcoin" üçhəftəlik minimuma çatıb, efir isə sentyabrın əvvəlindən ən aşağı səviyyəyə düşüb.
Qlobal ticarət müharibəsinin kabusu sərmayəçiləri riskli aktivlərdən imtinaya məcbur edib.
Dünyada ən böyük və ən məşhur kriptovalyuta olan "Bitcoin" bazar ertəsi səhər Asiyada 94.476.18 ABŞ dollarına kimi düşüb. Bu isə üçhəftəlik minimum olan 91,441.89 ABŞ dolları səviyyəsinə kimi enməyə yaxındır. Ondan aşağı pillədə olan efirin dəyəri isə 24 faiz düşüb. Bu kriptovalyuta sonuncu dəfə sentyabr ayının əvvəlində düşmüşdü.
Xatırladaq ki, həftəsonu ABŞ Prezidenti Donald Tramp Meksika və Kanadaya qarşı 25, Çinə qarşı isə 10 faizlik rüsum tətbiq edib.ABŞ-ın ən böyük ticarət tərəfdaşları olan Kanada və Meksika təcili cavab tədbirləri görəcəklərinə söz veriblər. Çin isə Dünya Ticarət Təşkilatında Trampın rüsum qərarını mübahisələndirəcəyini bəyan edib.
-
Qoroskop01:40Günün ulduz falı: sizin üçün yeni mərhələ başlayır
-
Hadisə01:20Azərbaycanda sabiq icra başçısı vəfat etdi - Foto
-
Hadisə26 Aprel 22:58Xəzərdə güclü zəlzələ baş verdi - Yeniləndi
-
Hadisə26 Aprel 22:26Bakıda 11-ci sinif şagirdi vəfat etdi - Foto
-
Dünya26 Aprel 19:26Dəhşətli yanğın baş verdi: Əhaliyə xəbərdarlıq edildi
-
Yaxın Şərq26 Aprel 18:24Əraqçi İslamabada qayıtdı - Yeniləndi
-
Hadisə26 Aprel 17:50Əməkdar artist vəfat etdi
-
Hadisə26 Aprel 17:31İmtahandan qayıdan şagirdlər qəzaya düşdülər - Xəsarət alanlar var



































.png)