İdman
Salahla bağlı sirləri açdı: Pərdə arxasında çox şey baş verir
“Liverpul”da Məhəmməd Salahla birgə çıxış etmiş xorvatiyalı futbolçu Deyan Lovren misirli hücumçunun gələcəyi barədə danışıb.
Publika.az xəbər verir ki, o, Salahın klubdan ayrıla biləcəyini iddia edib:
“Mən sizə daha ətraflı deyə bilərəm. Salah klubda bəzi çatışmazlıqların olduğuna inanır. Ümid edirəm ki, problemlər tezliklə aradan qaldırılacaq. Amma indiki reallıq ondan ibarətdir ki, onun müqaviləni yeniləməkdənsə, klubdan ayrılma ehtimalı daha çoxdur.
Bir gün ona zəng edib dedim ki, “sən özün haqqında düşünməlisən. Bu kluba verdiyin hər şeyə və hələ də nə verə biləcəklərinə bax”. Sonda belə qənaətə gəldim ki, klub ona kifayət qədər hörmət etmir. Pərdə arxasında çox şey baş verir və azarkeşlər bundan xəbərsizdirlər”.
Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildə “Roma” klubuna 42 milyon avroya “Liverpul”a keçib. Bu mövsüm misirli vinger bütün turnirlərdə 34 oyun keçirib, 26 qol vurub və 18 məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi 2025-ci ilin iyununda başa çatır.
-
İdman01:20Mahir Emreli ilin sonuna qədər oynaya bilməyəcək
-
Qoroskop00:35Günün ulduz falı: Maddi qərarlarda ehtiyatlı olun!
-
Region10 Noyabr 22:42Balıkesirdə güclü zəlzələ oldu
-
Dünya10 Noyabr 20:34Hindistanda güclü partlayış: Ölü və yaralı sayı artdı - VİDEO/YENİLƏNDİ
-
Hadisə10 Noyabr 19:45Balakəndə dəhşət: Çoban iti 83 yaşlı kişini parçalayaraq öldürdü
-
İdman10 Noyabr 18:44Messi “Kamp Nou”ya baş çəkdi: Bir gün buraya qayıdacağam - FOTO
-
Magazin210 Noyabr 18:32Yeni il gecəsi sərvət qazanacaq
-
MDB10 Noyabr 17:02Tokayev Moskvaya bu planla gedir
















.jpg)

.jpg)
















.jpg)

