İdman
“Atletiko”nun sahibi dəyişdi
Bir neçə aylıq danışıqlardan sonra “Atletiko” klubunun yeni əsas səhmdarının “Apollo Sports Capital” (ASC) olduğu rəsmi şəkildə təsdiqlənib.
Publika.az xəbər verir ki, İspaniya təmsilçisinin açıqlamasına əsasən, “Atletiko”nun prezidenti Enrike Sereso, baş direktor Migel Anxel Xil Marin, eləcə də hazırkı səhmdarlar Quantum Pacific Group və “Ares Management” ASC ilə razılığa gəliblər. Razılaşmaya görə, ASC klubun nəzarət paketini, 55 faiz səhmini əldə edəcək.
“Marca” nəşrinin məlumatına görə, “Atletiko”nun dəyəri 2,5 milyard avro olaraq qiymətləndirilib və bu, ASC-nin sövdələşməyə təxminən 1,3 milyard avro xərcləyəcəyi anlamına gəlir. Bu alış ASC-nin idman sektoruna 4,26 milyard avro həcmində investisiya planının bir hissəsidir.
Sahib dəyişikliyinə baxmayaraq, Enrike Sereso və Migel Anxel Xil Marin “Atletiko”nun idarəçiliyində növbəti illərdə də qalacaqlar. Klub bu müddətin dəqiq nə qədər davam edəcəyini açıqlamayıb.
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO
-
Maraq dünyası09:54BÜRCLƏR üçün aprel ayının ən uğurlu və uğursuz günləri
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı





































