UEFA-dan Rusiyaya gözlənilməz zərbə
Bizi izləyin

İdman

UEFA-dan Rusiyaya gözlənilməz zərbə

UEFA Rusiya Futbol Federasiyasına ağır cəza verib.

Publika.Az-ın məlumatına görə, Avropa futbol qurumu rusların 6 xalını silib.

Buna səbəb isə rus azarkeşlərin Ukrayna və Polşada keçirilən Avropa Çempionatının oyunları zamanı stadion işçilərinə hücum etmələri olub.

UEFA-dan verilən açıqlamada qərarın 2016-cı il Avropa Futbol Çempionatının pley-of oyunları zamanı qüvvəyə minəcəyi bildirilib.

Üstəlik qurum Rusiyanı Polşanın Vroçlav şəhərində iyunun 8-də Çexiya ilə oyun zamanı azarkeşlərin fişəng atması və qanunsuz plakatlar açması səbəbindən 120 min avro cərimə edib.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm