İdman
Olimpiya çempionu oğurluq edərkən tutuldu?
Üzgüçülük üzrə 2004-cü il Olimpiya çempionu, fransalı Lor Manodu oğurluq edərkən yaxalanıb.
Publika.az xəbər verir ki, bu barədə Fransanın BFMTV kanalı məlumat yayıb. O, Parisdəki “Disneyland”də 200 avro dəyərində suvenir əşya oğurlayarkən tutulub. Hadisə zamanı Manodunun yanında rəfiqəsi və 4 yaşlı qızı da olub.
İddiaya görə, keçmiş çempionun rəfiqəsinin çantasında da 300 avro dəyərində suvenirlər tapılıb.
Polislər oğurlanmış əşyaları mağazaya qaytarıblar. Lakin Manodu haqda cinayət işi açılmayıb. Polis onu sərbəst buraxıb.
Manodu isə "twitter"dəki səhifəsində xəbəri təkzib edib: “Mətbuat tamamilə yalan danışır. Artıq bezdim. Niyə qızımla heç kim məni narahat etmədən vaxt keçirə bilmirəm? İndi də bunu uydurdular”.
Xatırladaq ki, Lor Manodu 2004-cü il Olimpiya oyunlarında sərbəst üsulla 400 metr məsafəyə üzmədə çempion olub.
Aygün İlqarqızı
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi