İdman
“Ginnes” rekordçusu: “Yeni rekordumu Azərbaycana həsr edəcəyəm” – VİDEO
Xəbər verdiyimiz kimi, Türkiyənin güləş üzrə yığma komandasının keçmiş üzvü Uğur Öztürkün qırdığı rekord hər kəsi təəccübləndirib. Öztürk rekordu “TV8” kanalında yayımlanan “Yetenek Sizsiniz Türkiyə” proqramının canlı efirində qırıb.
Keçmiş Avropa çempionu 17 ədəd buzu çiyin zərbəsi ilə qıraraq həm proqramın növbəti turuna keçib, həm də “Ginnesin rekordlar kitabı”nda özünün əvvəlki rekordunu yeniləyib.
“Turko” ləqəbli idmançı saytımıza verdiyi müsahibəsində Azərbaycanda da yeni rekord qırmaq istədiyini demişdi. (http://publika.az/p/43755)
İdmançı növbəti rekordu vurmaq üçün ciddi hazırlaşmağa başlayıb. O, bu dəfə Mayk O-Hernin 2012-ci ildəki rekordunu yeniləməyə çalışacaq. Qeyd edək ki, bodibildinqçi Mayk O-Hern 16 böyük şüşəni qırmaqla adını “Ginnesin rekordlar kitabı”na yazdırıb. “Turko” isə Maykın rekordunu 18 ədəd şüşə qırmaqla yeniləmək istəyir.
Publika.az-a danışan idmançı yeni rekordunu Azərbaycana həsr etmək istədiyini deyib: “Yeni qıracağım rekordu Azərbaycana həsr edəcəyəm”.
Öztürk keçmiş rekordunu (buz rekordu-red.) Azərbaycanda yeniləyə biləcəyini bir daha təkrar edib: “Qardaş ölkədə rekord şousu üçün sponsor tapılarsa, ölkənizdə yeni rekorda imza ata bilərəm”.
Aygün İlqarqızı
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO