İdman
BMT Beynəlxalq Yoqa Günü elan edib
BMT Baş Assambleyası iyunun 21-ni gününü Beynəlxalq Yoqa Günü elan edib.
Publika.az-ın məlumatıan görə, müvafiq qətnamə Hindistan tərəfindən təqdim olunub və yekdilliklə bəyənilib.
BMT-nin baş katibi Pan Gi Mun deyib ki, 21 iyun gününü
Beynəlxalq Yoqa Günü elan etməklə Baş Assambleya müasir dünyamızda
bu qədim təcrübənin sağlamlıq və əmin-amanlıq üçün hərtərəfli
faydasına diqqəti cəlb edib.
BMT-nin rəhbəri qədim hindu fiziki və mənəvi təcrübəsinin nəinki sağlamlıq baxımından əhəmiyyətini, həm də onun cəmiyyəti sıx birləşdirməyə və qarşılıqlı hörmət tərbiyə etməyə qadir olduğunu bildirib.
“Yoqa inkişafa və barışığa töhfə verə biləcək idmandır. Yoqa hətta ekstremal vəziyyətlərdə insanların stresi aradan qaldırmasına kömək etməyə qadirdir” Baş katib əlavə edib.
Qətnamədə qeyd edilib ki, yoqa “sağlamlığa və əmin-amanlığa kompleks yanaşmaya” imkan verir. Baş Məclis BMT-nin bütün dövlətlərinə milli ənənələrə uyğun olaraq yoqanın faydası barədə öz sakinlərinin biliklərini artırmaq üçün yeni əlamətdar günü qeyd etməyi təklif edib.
Qətnamə rekord sayda tərəfdaş toplayıb: Baş Assambleyada təmsil
olunan 175 dövlətin hamısı qətnamənin “lehinə” səs verib.
Yoqa ortodoksal induizm məktəblərindən biridir. Bütün dünyada bu
anlayış daha geniş mənada şərh edilir: o, induizmin və buddizmin
müxtəlif istiqamətlərinin təklif etdiyi mənəvi, psixi və fiziki
təcrübələrin məcmusunu birləşdirir. Yoqa ilə məşğul olmaq dedikdə
xüsusi hərəkətlərin köməyi ilə öz bədənini, psixikanı və fizioloji
funksiyalarını idarə etmək səyi başa düşülür.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı