İdman
Azərbaycan millisinin qənimi Millətlər Liqasının bombardiri oldu
Ötən gecə Millətlər Liqası-2024/25 turnirinin final oyunu baş tutub. Həlledici qarşılaşmada Portuqaliya yığması İspaniyanı penaltilər seriyasında 5:3 hesabı ilə məğlub edərək (əsas vaxt 2:2) turnirin qalibi olub.
Publika.az xəbər verir ki, Millətlər Liqasının bombardiri isveçli futbolçu Viktor Qyökereş olub. O, 9 qol vurub. Onun komandası C Liqasının 1-ci qrupunda Slovakiya, Estoniya və Azərbaycanla birgə mübarizə aparıb. Mübarizənin yekununda İsveç yığması B Liqasına yüksəlib.
Viktor bu qollardan 5-i Azərbaycan millisinin qapısından keçirib. Bakıda keçirilən ilk görüşdə (3:1) bir dəfə fərqlənən isveçli forvard vətənindəki qarşılaşmada (6:0) poker edib.
Portuqaliya yığmasının lideri Kriştiano Ronaldo isə turnirin qalibi olsa da, bombardir yarışında Qyökereşə bir qolla uduzub. Üçüncü yeri isə Norveç millisinin üzvü Erlinq Haaland tutub – 7 qol.
-
Qoroskop01:20Günün ulduz falı: hədəflərinizi dəqiq müəyyənləşdirin!
-
Magazin122 May 21:27"Mən yaşamıram, zülm çəkirəm, qızımın toyundan sonra..." - Xalq artisti
-
Ekologiya22 May 20:26Qeyri-sabit hava bu tarixədək davam edəcək - Proqnoz
-
Ekopublika.az22 May 19:10Ətin qiyməti 39 manata qalxdı - Səbəbi bu imiş...
-
Elm və təhsil22 May 18:40DİM qərar verdi: Mayın 17-də imtahan verənlərin nəzərinə!
-
Sosial22 May 16:26Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam!
-
Dünya22 May 15:51Kılıçdaroğluya 2 milyonluq zərbə: Sədr olan kimi...
-
Dünya22 May 14:50Cümhuriyyət Xalq Partiyası parçalanır - CHP-nin yerinə yeni partiya yaradılır












.jpg)
.jpg)






















