Maradonanın qızları bibilərindən şikayət etdilər: Nə baş verib?
Bizi izləyin

İdman

Maradonanın qızları bibilərindən şikayət etdilər: Nə baş verib?

Argentinada məhkəmə Dieqo Maradonanın iki bacısına və onun vəkili Matias Morlaya qarşı dələduzluq ittihamı irəli sürüb.

Publika.az xəbər verir ki, bu barədə "La Nacion" məlumat yayıb.

Maradonanın bacıları və vəkili futbol əfsanəsinin adını daşıyan brendlərdən istifadə ilə bağlı dələduzluqda günahlandırılıb. Onun qızları müraciət edərək, atasının adını daşıyan bütün brendlərin idarəçiliyinin qanuni varislər kimi onlara verilməsini tələb ediblər. Sözügedən brendlərə "Sattvica" şirkəti nəzarət edirdi.

Məhkəmə Morlaya qarşı dələduzluq ittihamı irəli sürüb, futbolçunun bacıları isə hadisədə şərik kimi tanınıblar.

Xatırladaq ki, Maradona 2020-ci ilin noyabrın 25-də 61 yaşında vəfat edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm