İdman
Ronaldonun ailəsi böyüyəcək: Toyun da tarixi bəlli oldu

İspan jurnalist Alba Morales "Telecincoda" yayımlanan «Vaya fama!» verilişində "Əl-Nəsr"in ulduzu Kriştiano Ronaldo və Corcina Rodrigezlə bağlı iddia ilə çıxış edib.
Publika.az xəbər verir ki, o, argentinalı modelin yenidən hamilə olduğunu düşünür. Şayiələr onun Nyu-Yorkda geyindiyi bədənə yapışan qara paltarla görünməsi, qarın hissəsinin bir qədər yuvarlaqlaşması ilə bağlıdır.
Jurnalistin məlumatına görə, məhz hamiləlik səbəbindən Kriştiano Ronaldo 9 illik münasibətdən sonra ona evlilik təklif edib.
Onların yaşadığı Səudiyyə Ərəbistanında qadın hamilədirsə, evlənmədən birlikdə yaşamaq olmaz. Toy 2026-cı ilin iyuluna, Dünya Kubokundan sonraya planlaşdırılır.
Qeyd edək ki, cütlük birlikdə 5 uşaq böyüdür.

-
İdman14:24
Bu üç model Messini "yoldan çıxarmaq" istədi - VİDEO
-
Sosial13:30
Bakıda və bölgələrdə leysan yağacaq - PROQNOZ
-
Nida Xəbər 12:30
Əli Əsədov qərar imzaladı
-
Sosial12:20
Bu şəxslər təhsillərini bitirən zaman 2600 manat müavinət alacaqlar - QƏRAR
-
İdman11:50
Bütün dünya Bakıdakı bu pişikdən danışır - FOTOLAR
-
Region11:37
Paşinyanın partiyasında “gecə araşdırması” - Anonim məktubu yazan tapıldı
-
ABŞ10:00
ABŞ Əfqanıstana qayıdır: Görün Tramp nə tələb etdi
-
Hadisə09:36
Məktəbə gedən bacı-qardaşı maşın vurub öldürdü - FOTO