Əfsanənin ərəblərlə müqaviləsinin detalları bəlli oldu
Bizi izləyin

İdman

Əfsanənin ərəblərlə müqaviləsinin detalları bəlli oldu

Əfsanəvi Ronni O’Sullivan Səudiyyə Ərəbistanında snooker səfiri kimi fəaliyyət göstərmək üçün ötən ilin aprelində Turki Əl-Şeyx ilə müqavilə imzalayıb.

Publika.az xəbər verir ki, Barri və Eddi Qrin onun müqaviləsinin detallarını açıqlayıblar. Onların sözlərini “Express.co.uk” yayıb.

Razılaşmaya əsasən, 49 yaşlı mütəxəssis “istedadlı oyunçular yetişdirmək və inkişaf etdirmək” üçün Səudiyyə Ərəbistanına xüsusi səfərlər edəcək.

Müqavilə həmçinin O’Sullivanın Krallığın bütün Dünya Snooker Turu tədbirlərində çıxış etməsini nəzərdə tutur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm