BOK-dan Rusiya yığması ilə bağlı mühüm qərar
Bizi izləyin

İdman

BOK-dan Rusiya yığması ilə bağlı mühüm qərar

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2024-cü ildə Paris Olimpiadasında olduğu kimi rusiyalı idmançıların 2026-cı il Olimpiya Oyunlarına bitərəf kimi qəbul edilməsi siyasətini davam etdirəcək.

Publika.az xəbər verir ki, bu barədə BOK prezidenti Kirsti Koventri mətbuat konfransında bildirib.

Buna görə də Rusiya idmançıları komanda yarışlarında iştirak edə bilməyəcəklər. Əvvəllər Beynəlxalq Buzüstü Xokkey Federasiyası (IIHF) 2026-cı il Olimpiya Oyunlarında kişi və qadın turnirləri üçün qrupları təsdiqləsə də, Rusiya komandaları ora daxil edilməyib. IIHF yekun qərarın BOK tərəfindən veriləcəyini vurğulayıb.

İtaliyada Olimpiada 2026-cı il fevralın 6-dan 23-dək keçiriləcək. Rusiya idmançıları bitərəf kimi yarışacaqlar və iştirakçıların dəqiq sayı daha sonra açıqlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm