23 qat dünya, beşqat olimpiya çempionunun qolu sındı
Bizi izləyin

İdman

23 qat dünya, beşqat olimpiya çempionunun qolu sındı

23 qat dünya çempionu və beşqat olimpiya çempionu, əfsanəvi norveçli biatlonçu Yohannes Bo qolunu sındırıb.

Publika.az xəbər verir ki, bu barədə biatlon əfsanəsi “İnstaqram” səhifəsində məlumat verib.

“Keçən şənbə günü futbol turnirində oynayanda qolumu sındırmaq planım deyildi, amma bunu təbəssümlə qəbul edirəm.

Ümid edirəm ki, sağalmağım tez olacaq! Bu il bir daha futbol oynamayacağam”, – o yazıb.

Xatırladaq ki, Yohannes avqustun əvvəlində Norveçin altıncı divizionunda çıxış edən “Vinqer” klubu ilə müqavilə imzalamışdı. Sabiq idmançı ilk oyununda qol vurmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm